Xocalı gənci Talıb Zeynalov 22-30 avqust tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para-pauerliftinq idman növü üzrə keçirilən gənclər arasında Dünya Çempionatında ən yaxşı qaldırdığı nəticəyə görə (160 kq) və ümumi qaldırdığı çəkiyə görə (305 kq) gümüş medallara sahib çıxıb. İdmançımız eyni zamanda gənclər arasında Avropa rekordunu da yeniləmiş olub.
Qeyd edək ki, əslən Xocalı rayonundan olan Zeynalov Talib Ramin oğlu 2004-cü il avqustun 23-də Bakı şəhəri Binəqədi rayonunda anadan olub. Bakı Dövlət
Universitetinin Tarix fakültəsinin III kurs tələbəsidir.
Talib Zeynalov bundan əvvəl də uğurlu nəticələr əldə edib. Pauerlifterimiz Avropa Çempionatında rekord ilə qızıl medallar və Dünya
Kubokunda qızıl medal qazanıb.